Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Qırğızıstanda müsəlmanlara plastik əməliyyat haram elan edildi

“Plastik əməliyyat etdirmək və onun marketinqi ilə məşğul olmaq qadağan edilib”.

Qırğızıstanın baş müftisi plastik əməliyyatlarla bağlı fətfa verib. Belə ki, sağlamlıqla bağlı ciddi problem olmadığı təqdirdə plastik əməliyyat etdirmək və onun marketinqi ilə məşğul olmaq haram elan olunub.

Din.az bildirir ki, bu barədə İnterfaks məlumat yayıb.

“Nəzərə alsaq ki, şəbəkə marketinqində biznesin aparılması üçün yüksək risklər mövcuddur və o şəriət qaydasıyla bizneslə məşğul olmağa imkan vermir, şəbəkə marketinqini haram hesab edirik”, – deyə ölkənin baş müftisi bildirib.

“Plastik əməliyyatlara gəlincə, anadangəlmə əlilliyin və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması üçün əməliyyatlar halal, gözəllik naminə edilən əməliyyatlar haram hesab olunsun. Peyvəndləmə məsələsinə gəlincə, müsəlmanlar idarəsi bu məsələni hər kəsin öz ixtiyarına buraxır ”, – deyə Müsəlmanlar İdarəsindən bildirilib. (Oxu.az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...