Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

QISA ŞORT GEYİNƏN QIZ DÖYÜLDÜ

“Ramazan ayında qısa geyindiyinə görə qızı şillədi”.

Türkiyədə qəribə hadisə baş verib. Avtobusda qısa şort geyinən bir qız döyülüb.

Din.az “Milli.Az”a istinadən bildirir ki, hadisə İstanbulun Pendik səmtində baş verib. Qızın şillələnmə anı kameralara düşüb.

Qızı döyən oğlan Ercan Kızılateş saxlanılıb. O, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Ercan ifadəsində bildirib ki, qız onu ehtiraslandırıb o da qızı Ramazan ayında belə geyindiyinə görə şillələyib.

“Çox açıq-saçıq geyinmişdi. Ehtiraslandım. Ramazan ayında da belə geyinərlər?”.

Qıza şillə vuran oğlanın yenidən tutulması ilə bağlı qərar qəbul edilib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...