"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
1434442255026

“Qiyamətin qopacağı yer Yaxın Şərq olacaq” – VİDEO

Share Button

Türkiyənin məşhur ilahiyyatçısı dünyadakı din xadimlərinə səsləndi

İlahiyyatçı alim Nihat Hatipoğlu bütün sülhsevərləri, din xadimlərini terror hadisələrinə dərhal reaksiya verməyə və pisləməyə çağırdı.

Nihat Hatipoğlu, “İlk reaksiyanı Vatikan göstərsin. O zaman həmin reaksiya məna daşımış olar və bu dialoqlar yerinə oturmuş olar. Niyə İslam ölkələrindəki uşaqlar bombalarla parçalansın? Ümumiyyətlə, dünyanın heç bir yerində uşaq ölməsin! Yəhudi uşağı da ölməsin, xristian uşağı da ölməsin, amma müsəlman uşağı da ölməsin…”, – deyə bildirib.

Azərbaycanın da haqsızlıqla üzləşən müsəlman ölkəsi olduğunu deyən Nihat Hatipoğlu Azərbaycan torpağına edilən təcavüzü qınadığını bildirib.

Hazırda Nihat Hatipoğlu başı bəladan açılmayan müsəlman dünyasının yaşadıqlarını analiz edir. İlahiyyatçı həm siyasi amilləri, həm də dini mənbələri nəzərə alıb qiyamətin qopacağı yerin də məhz Yaxın Şərq olduğun bildirdi.

“Din.az” “ATV xəbər”ə istinadən Türkiyənin məşhur ilahiyyatçısı Nihat Hatipoğlu ilə müsahibəni videoda təqdim edir:

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top