Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Qızıl meydan”da yerləşən Kazan kilsəsi qarət edilib

Kilsəni qarət edib 12 min apardı.

Naməlum şəxs Rusiyanın paytaxtı Moskva şəhərində, “Qızıl meydan”da yerləşən Kazan kilsəsini qarət edib.

Din.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə hüquq mühafizə orqanlarına Kazan kilsəsinin nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, naməlum şəxs kilsənin kassasından 12 min rubl oğurlayıb qaçıb.

Artıq şübhəlinin əlamətləri müəyyən edilib: ilkin məlumata görə, bu, 40-50 yaşlı arıq, sarışın, orta yaşlı bir kişidir. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 161-ci maddəsinə (“Oğurluq”) əsasən cinayət işi açılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...