Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

QIZILLA YAZILAN TÖVRATI SATMAQ İSTƏYƏNLƏR POLİSİN ƏLİNƏ KEÇDİ – FOTOLAR

Tövratı satmağa çalışan zaman polisə yaxalandılar.

Türkiyədə Muğlanın Seydikemer şəhərində tarixi əsər olan Tövratı satmaq istəyənlər ələ keçirilib.

Din.az bildirir ki, çaqçılar 7 əsrlik tarixi əsər olduğu təxmin edilən Tövratı satmağa çalışan zaman polis tərəfindən ələ keçiblər.

Belə ki, polis özünü tarixi əsəri satmaq istəyən şübhəlilərə müştəri kimi təqdim edib. Tövratın satışı üçün 7,5 milyon lirəyə razılaşan şübhəlilər polis müştərilərlə görüşüb. Həyata keçirilən əməliyyat zamanı Tövratın satılmasında iştirakçı olan 4 nəfər saxlanılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, tarixi əsər Tövrat ceyran dərisi üzərində qızılla yazılıb.

Məhkəmənin qərarına görə, “tarixi əsər qaçaqçılığı” iddiası ilə Sadəttin U. həbs olunub, saxlanılan digər 3 nəfər isə sərbəst buraxılıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...