Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

QMİ 35 nəfərə “Hafiz”lik titulu verib

35 nəfər hafizlik diplomu almağa layiq görülüb.

Şəki İslam (hafizlik) kollecində X ənənəvi hafizlik mərasimi keçirilib.

Din.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, mərasimdə “Qurani-Kərim”i əzbərləyən 35 kollec tələbəsi “Hafiz” titulunu əldə edib, onlar hafizlik diplomu almağa layiq görülüb.

Tədbirdə Şəki şəhər İcra hakimiyyətindən nümayəndələr, Qafqaz Müsəlmanları İdarəsi sədrinin I müavini və müfti Hacı Salman Musayev, sədrin müavini Hacı Qəmər Cavadlı, Gəncliyə Yardım Fondu (GYF) Himayəçilər Şurasının sədri Ahmet Tecim və GYF kollektivi, Türkiyə səfirliyinin Dini İşləri üzrə nümayəndəsi Kamil Güneş, Şəki şəhər təhsil şöbəsinin nümayəndəsi, Ağsaqqallar Şurası sədrinin müavini və bir sıra rəsmi şəxslər iştirak edib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...