Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

QMİ bayram namazının vaxtını açıqladı – VİDEO

QMİ qurban kəsəcək müsəlmanlara tövsiyə etdi…

Аzərbаycаndа bu il Qurban Bayramı 12 sentyabr tarixinə təsadüf edir və bayram namazı Azərbaycan məscidlərində həmin gün səhər saatlarında qılınacaq.

“Din.az” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakıda bayram namazı Əjdərbəy məscidində 08:00-da, Təzə Pir məscidində isə 09:00-da qılınacaq.

QMİ bayram günləri ilə bağlı müsəlmanlara xəbərdarlıq və tövsiyə də edib:

“Bu müqəddəs bayramda qurbanlıqların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilməlidir. Həmçinin, qurbanların uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...