Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

QMİ BAYRAM NAMAZLARINI TƏNQİDƏ TUTANLARIN CAVABINI VERDİ – AÇIQLAMA

Bölgələrdə bayram namazının qılınacağı saat məscid rəhbərliyi tərəfindən müəyyənləşdirilir.

Azərbaycanda bayram namazı iyunun 26-da əsasən saat 09:00-da qılınacaq.

Din.az “A24.az”a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) “Report”a bildirilib ki, ölkənin baş məscidi olan “Təzə Pir”də namaz QMİ sədri, şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə saat 09:00-da qılınacaq.

Saat 08:00-da isə QMİ sədrinin birinci müavini, müfti hacı Salman Musayevin iştirakı ilə Əjdərbəy məscidində namaz qılınacaq.

QMİ-dən o da bildirilib ki, bölgələrdə bayram namazının qılınacağı saat məscid rəhbərliyi tərəfindən müəyyənləşdirilir.

Qeyd edək ki, dünən QMİ ölkənin iki məscidində qılınacaq bayram namazının vaxtını açıqlayıb. Bundan sonra sosial şəbəkələrdə digər məscidlərdə bayram namazının vaxtının açıqlanmaması tənqid olunub, bununla bağlı geniş müzakirələr açılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...