Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

QMİ-dən Bakı İslam Universitetinin bağlanması barədə AÇIQLAMA

Bakı İslam Universitetinə daxil olan şəxslər Azərbaycan İlahiyyat İnstitutuna köçürülür.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müvafiq qurumlarla məsləhətləşmələrdən sonra təsisçisi olduğu Bakı İslam Universitetinə bu il qəbul olan şəxslərin Azərbaycan İlahiyyat İnstitutunda təhsil alması barədə qərar qəbul edib.

Din.az bildirir ki, bu barədə açıqlamasında QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.

O bildirib ki, bu qərar Bakı İslam Universitetinə əvvəlki illlərdə qəbul olanlara şamil edilmir: “Onlar təhsillərini əvvəlki qaydada davam etdirirlər”.

R.Dadaşova Bakı İslam Universitetinə daxil olan şəxslərin Azərbaycan İlahiyyat İnstitutuna köçürülməsinin səbəbini isə orada eyni ixtisas üzrə pulsuz təhsilin olması ilə izah edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...