Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

QMİ-dən mollalara tövsiyə: Qarabağın azadlığı üçün dualar edin!

“Ən böyük arzumuz və duamız doğma Qarabağ torpaqlarımızın azadlığıdır.”

Müqəddəs Ramazan ayını yaşayırıq. Bu günlərdə bizim ən böyük arzumuz və duamız doğma Qarabağ torpaqlarımızın azadlığıdır.

Din.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr mavini Qəmər Cavadlının Modern.az-a bildiriyinə görə, qurum mollalara da daim belə tövsiyələr verir:

“Bizim elə məclisimiz yoxdur ki, Qarabağla bağlı dualar oxunmasın. Daim tövsiyə olunur ki, din xadimləri bütün mərasimlərdə digər dualarla yanaşı, doğma Qarabağ torpaqlarımızın azadlığı üçün də dualar oxusunlar, şəhidlərimizi yad etsinlər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...