Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

QMİ-dən “şeyx leş mafiyasını dəstəkləyir” iddialarına CAVAB

Biz belə cəfəng, uydurma məsələlərə cavab vermək fikrində deyilik

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun ““leş mafiyası”nı yalnız Hacı Allahşükür Paşazadə durdura bilər” fikri cəmiyyətdə birmənalı qarşılanmadı və haqlı olaraq beyinlərdə müəyyən sual işarələri yaratdı.

Xatırladaq ki, hüquq müdafiəçisi fikrini Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) kolbasa və sosis məmulatlarına sertifikat verməsilə əlaqələndirib.

“Əslində Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi qurumun “halallıq sertifikatı” adlanan kağız parçasının heç bir hüquqi və tibbi əsası yoxdur. Heç mənəvi əsası da yoxdu. Çünki ət lobarator şəraitdə yoxlanıldıqdan sonra sertifikatlaşdırıla bilər”.

İddia olunur ki, himayəsindəki bəzi adamlar Şeyxin nüfuzundan və imkanlarından istifadə edərək, leş ətlərin biznesi ilə məşğul olan şəbəkəyə dəstək verir.

Din.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın modern.az -a verdiyi açıqlamada iddiaları absurd adlandırıb:

“Biz belə cəfəng, uydurma məsələlərə cavab vermək fikrində deyilik. Tamamilə bizə aid olmayan şeyləri bizimlə bağlamağa çalışırlar. Hər halda bunu yazanlar məkrli məqsəd daşıyır. Başqa anlam verə bilmirəm”.

Gülşən RAUFQIZI

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...