Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

QMİ “Fatimeyi Zəhra” məscidilə bağlı açıqlama verdi

“Məscidlə bağlı narahatlığa heç bir əsas yoxdur”.

“Yeni Günəşli qəsəbəsindəki “Fatimeyi Zəhra” məscidi ilə bağlı yaranmış məsələ məscidin xeyrinə həll olunub”.

“Din.az”ın “Report.az”a istinadən bildirdiyinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən (QMİ) xəbər verib.

“Məscidlə bağlı narahatlığa heç bir əsas yoxdur”, – deyə, QMİ-dən əlavə olunub.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində “Fatimeyi Zəhra” məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib. Lakin bu yaxınlarda həmin ərazidən məscidə 0,25 ha (25 sot) torpaq sahəsi verilib. Vəkil Cavad Cavadov bəyan edib ki, qalan 105 sot ərazi məsciddən alınır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...