Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

QMİ ilahiyyatçı Elşad Miri ilə bağlı açıqlama verdi

QMİ: “İlahiyyatçı Elşad Miri ona mane olanların adlarını açıqlasın!”

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilahiyyatçı Elşad Mirinin kitabının çapına icazə verilməməsi ilə bağlı quruma ünvanladığı ittihamlara reaksiya verib.

İlahiyyatçı E.Miridən konkret ad açıqlaması tələb olunub:

Din.az bildirir ki, “İlahiyyatçı Elşad Miri bizimyol.info saytına verdiyi müsahibədə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmilərinin dediklərinə istinadən ittihamlar səsləndirərək, kitabının çapına icazə verilməməsində Qafqaz Müsəlmanları İdarəsini (QMİ) ittiham edir.

QMİ-nin ünvanına səsləndirdiyi ittihamla bağlı Elşad Miridən fakt olaraq fikirlərinə istinad etdiyi şəxslərin konkret adlarını açıqlamağı tələb edirik.

Adları açıqlamayacağı təqdirdə Elşad Mirinin bu əsassız ittihamları, birmənalı şəkildə, din-dövlət münasibətlərinə kölgə salmaq, QMİ ilə Dini Komitə arasında nifaq yaratmaq, məzhəblərarası münasibətlərə xələl gətirmək məramlı böhtan kimi qiymətləndiriləcək”, – qurumun açıqlamasında deyilir. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...