Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

QMİ “İMAMZADƏ ZİYARƏTGAHI”NDA BAŞ VERƏN İNSİDENTƏ MÜNASİBƏT BİLDİRİB

Ziyarətgahda keçirilən mərasim tam təhlükəsiz başa çatıb”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov Gəncə şəhər “İmamzadə Ziyarətgahı”nda baş verən insidentə münasibət bildirib.

Din.az bildirir ki, QMİ-nin səlahiyyətli nümayəndəsinin APA-ya verdiyi məlumata görə, 30 sentyabr və 1 oktyabr tarixlərində Gəncə şəhər “İmamzadə Ziyarətgahı”nda Tasua və Aşura mərasimlərinin keçirilməsi üçün aidiyyəti orqan və təşkilatlar tərəfindən yüksək səviyyədə təşkilatı məsələlər həyata keçirilib.

Razılaşdırılmış qaydada ziyarətgaha giriş qadınlar üçün bir qapıdan, kişilər üçün isə digər qapıdan təşkil olunub: “Axşam saatlarında bir qrup insanlar ziyarətə qadınlar tərəfindən keçməyə cəhd göstərib, lakin baş vermiş insidentin qarşısı asayiş keşikçiləri tərəfindən qısa zamanda alınıb və sabitlik bərpa olunub. Ziyarətgahda keçirilən mərasim sabitliklə davam edərək, tam təhlükəsiz başa çatıb”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...