Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

QMİ-nin dövlətə xəyanətdə ittiham olunan sabiq sektor müdiri kassasiya şikayətini geri götürüb

İlahiyyyatçı barəsində qərardan verilən kassasiya şikayəti geri götürüldü.

İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsindəki qərardan verilən kassasiya şikayətini geri götürüb.

Din.az bildirir ki, bu barədə APA-ya E. Mustafaoğlunun vəkili Əfqan Məmmədov məlumat verib. Vəkil bildirib ki, E. Mustafaoğlunun Ali Məhkəməyə verdiyi şikayəti geri götürməsinə səbəb şikayətdə bəzi detalların dəqiqləşdirilməsi olub. Vəkil yenidən şikayətin verilməsini istisna etməyib.

Qeyd edək ki, E. Mustafaoğlu barəsində bəraət hökmünün çıxarılması üçün Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Mustafaoğlu 10 il müddətinə azadlıqdan məhrum edilib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...