Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

QMİ-NİN HAZIRLADIĞI “MOİZƏLƏR VƏ XÜTBƏLƏR” KİTABI MƏSCİDLƏRƏ PAYLANILIR

“İmamların əvvəlki xütbə kitabından istifadə etməsi qadağan edilməyib”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı “Moizələr və xütbələr” adlı kitab məscidlərə paylanılır.
Din.az bildirir ki, bu barədə “Report”a İdarənin Fətva və moizələr şöbəsinin müdiri Aqil Şirinov məlumat verib.


O bildirib ki, yeni nəşr bütün məscidləri əhatə edəcək: “Məscidlərdə imamların əvvəlki xütbə kitabından istifadə etməsi qadağan edilməyib. Yeni nəşrdən istifadə olunması məcburi deyil, tövsiyə xarakterlidir”.
A.Şirinov gələcəkdə daha bir xütbələr kitabının işlənəcəyini də bildirib: “Mövzu genişdir və gələcəkdə bu səpkili nəşrlər yenə olacaq. Budəfəki nəşrdə 52 mövzu əhatə olunubsa, hazırlanacaq yeni nəşrdə mövzular daha da geniş şəkildə işlənəcək”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...