Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

QMİ-nin qazisi halal kolbasaların halallığını şübhə altına aldı

QMİ-nin qazisi Hacı Bəhruz Əzizov bugünkü xütbəsində ciddi ittihamlar səsləndirib.

Qafqaz Müsəlmanları İdarəsi müəyyən ət və ət məhsullarına halallıq verdiyi halda, həmin İdarənin qazisi isə halal kolbasa və sosiskaların halallığını şübhə altına alıb.

Bu gün cümə xütbəsində 4 ayda 12 ton saxta ətin, cəmdəyin paytaxta gətirildiyini deyən QMİ-nin qazisi Hacı Bəhruz Əzizov bunların ermənilər tərəfindən öldürülən heyvanlar olduğunu iddia edib.

Həmin ətlərdən istehsal olunan halal kolbasanı, halal sosiskanı alıb bəh-bəhlə yeyənlərin isə bunun mahiyyətindən xəbərləri olmadığını deyib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...