Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

QMİ-nin sədr müavini: “Bizim gücümüz bir çox dinlərin vəhdətindədir”

“Bizim gücümüz bir çox dinlərin vəhdətindədir”.

“Azərbaycanda insanların dininə, irqinə fərq qoyulmur”.

Din.az xəbər verir ki, bunu “Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah” mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev deyib.

“Bizim gücümüz bir çox dinlərin vəhdətindədir. Azərbaycan şəhidlərinin içərisində müxtəlif dinlərin nümayəndələri var, onlar bu torpaqda doğulub, böyüyüb. Bu onların da vətəndaşlıq borcudur”, – QMİ sədrinin müavini əlavə edib.

O qeyd edib ki, ölkədə tolerantlığın yaradılması və bu mühitin qorunması dövlət qayğısı olmadan çox çətin olardı. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...