Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

QMİ nümayəndə heyəti Həcc ziyarəti ilə bağlı vəziyyəti müzakirə etmək üçün yenidən Səudiyyə Krallığına gedib

Həcc Nazirliyi ilə yaranan anlaşılmazlıq müzakirə olunacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti Azərbaycandan bu il Həcc ziyarətinə yola düşəcək zəvvarların səfəri ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi ilə yaranan anlaşılmazlığı müzakirə etmək üçün yenidən bu ölkəyə yola düşüb.

Din.az bildirir ki, QMİ-dən “Report”a verilən məlumata görə, nümayəndə heyətinə idarənin sədr müavini Hacı Salman Musayev, Həcc şöbəsinin müdir müavini Vidadi Hüseynov və idarənin Xarici əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Vüsal Cahangiri daxildir.

Azərbaycanlı zəvvarların yerləşəcəyi otellər, onların qiymətləri, eyni zamanda digər xərclərin qiymətləri ilə bağlı yaranmış anlaşılmazlığı müzakirə edəcək nümayəndə heyəti Səudiyyə Krallığının Həcc Nazirliyinin ziyarətlə bağlı protokol iclasına da qatılacaq.

Qeyd edək ki, QMİ nümayəndə heyəti bu il yanvarın əvvəlində Səudiyyə Krallğında səfərdə olub və Azərbaycandan bu il Həcc ziyarətinə sənədlərin qəbulunun elanı fevralın 1-ə gözlənilirdi. Bu ilki ziyarətin xərcləri ilə bağlı qiymətdə artım da gözlənilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...