Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

QMİ rəhbəri Gəncəyə səfər edib – Dindarlarla görüş

Görüşdə Gəncədə törədilmiş iğtişaşlar müzakirə ediləcək.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün səhər saatlarında Gəncə şəhərinə gedib.

Din.az xəbər verir ki, şeyxi QMİ-nin nümayəndə heyəti müşayiət edir.

Allahşükür Paşazadənin Gəncədə törədilmiş iğtişaşlar, icra başçısı Elmar Vəliyevə və iki polis zabitinə qarşı sui-qəsd hadisələrilə bağlı şəhər ictimaiyyəti, dindarlarla görüşəcəyi bildirilir. Görüşlərdə şeyxin ictimaiyyəti, din adamlarını İslam adından sui-istifadə hallarına qarşı birliyə çağıracağı gözlənilir.

Allahşükür Paşazadə həmçinin, Gəncədəki iğtişaşlar zamanı həlak olmuş iki polis zabitinin ailəsinə baş çəkəcək. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...