Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

QMİ sədri: “Aşura günü zəncirvurma, başyarma və qançıxarma halları bəyənilmir”

“Öz qanımızı verməklə xəstə insanlara kömək edirik. Bu, şəriətin və dinin istəyidir”.

“İllər keçməsinə baxmayaraq, hələ də Azərbaycanda Aşura günü ənənəsi yaşadılır”.

Din.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, sonrakı dövrlərdə bəzi təsirlər nəticəsində zəncirvurma, başyarma, qançıxarma halları olurdu və bəyənilmirdi: “Buna görə də qərara gəlindi ki, qanvermə aksiyası olsun. Öz qanımızı verməklə xəstə insanlara kömək edirik. Bu, şəriətin və dinin istəyidir”.

Şeyxülislam qeyd edib ki, hazırda Azırbaycanın bir çox məscidlərində qanvermə aksiyası davam edir: “Sevindirici haldır ki, Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu ənənə vüsət alıb. Hesab edirəm ki, bu savablı işdir. Vətən uğrunda şəhid olan bütün şəhidlərimizə də başsağlığı verirəm”. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...