Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

QMİ sədri: “Birinci vitse-prezidentin iftar süfrələrində iştirakı o deməkdir ki, dövlət mədəniyyətinə, dininə, milli ənənəsinə sadiqdir”

“Bütün dinlərin nümayəndələrinin iftar məclislərində iştirak etməsi dünyaya Azərbaycanda olan tolerantlıq və multikultural həyatı göstərdi”.

“Prezident İlham Əliyevin, xarici dövlətlərin diplomatlarının, bütün dinlərin nümayəndələrinin iftar məclislərində iştirak etməsi dünyaya Azərbaycanda olan tolerantlıq və multikultural həyatı göstərdi”.

Din.az xəbər verir ki, bunu “Təzə Pir” məscidindəki Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iftar verməsi, iftar süfrələrində iştirak etməsi o deməkdir ki, dövlət öz mədəniyyətinə, öz dininə, əqidəsinə, milli ənənəsinə sadiqdir, bu davam edir və bunu inkişaf etdirir. Ona görə dövlətə dindarlar adından təşəkkürümüzü bildiririk”, – A.Paşazadə əlavə edib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...