Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

QMİ sədri: “Bütün dindarlar prezident seçkilərində layiqli iştirak edəcəklər”

“Biz 11 aprel seçkilərində iştirak etməliyik və dövlətçiliyimiz naminə çalışmalıyıq”.

“Azərbaycanın bütün dindarları qarşıdan gələn prezident seçkilərində layiqli iştirak edəcəklər”.

Din.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, Azərbaycanda hər bir vətəndaş kimi dindarlar da seçkilərdə fəal olmalıdırlar: “Biz 11 aprel seçkilərində iştirak etməliyik və dövlətçiliyimiz naminə çalışmalıyıq. İnanıram ki, dindarlar seçimlərini edib və kimə səs verəcəyini müəyyən edib. Bu gün azərbaycançılığın inkişafı hər bir insanın və o cümlədən dindarların borcudur”. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...