Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

QMİ sədri Oksford İslam Araşdırmaları Mərkəzində

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və ənənəvi dini konfessiya başçıları – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev Britaniyaya səfərləri çərçivəsində Oksford Universitetinin nəzdində fəaliyyət göstərən İslam Araşdırmaları Mərkəzinin (İAM) fəaliyyəti ilə tanışlıq və ölkəmizlə mümkün əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə […]

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və ənənəvi dini konfessiya başçıları – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev Britaniyaya səfərləri çərçivəsində Oksford Universitetinin nəzdində fəaliyyət göstərən İslam Araşdırmaları Mərkəzinin (İAM) fəaliyyəti ilə tanışlıq və ölkəmizlə mümkün əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə həmin mərkəzdə olublar.

“Din.az” AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin tərkibində, həmçinin ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, respublikamızın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Azad Məmmədov təmsil olunublar.

14635153353444830715_1000x669

Mərkəzin yeni binası ilə tanışlıq zamanı A.Paşazadəyə məlumat verilib ki, bina bir sıra müsəlman ölkələrinin dəstəyi ilə inşa edilib. Akademik fəaliyyətlərin yeni ocağı olacaq binada kitabxana, akt zalı, ibadət zalı, qalereya və s. istifadəçilərin ixtiyarına veriləcək.

146351533546616348_1000x669

Mərkəzin fəaliyyəti haqqında məlumat verən direktor Farhan Nizami qeyd edib ki, İAM 1985-ci ildən fəaliyyət göstərir. Britaniya Kral ailəsinin üzvü, Uels şahzadəsi Çarlzın şəxsi himayəsi altında fəaliyyət göstərən, Qərb ilə İslam dünyası arasında körpü rolunu oynayan mərkəzin fəaliyyəti geniş beynəlxalq diqqət və dəstək cəlb edir.

Səfər çərçivəsində A.Paşazadə ilə F.Nizami arasında ikitərəfli və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirilib.

14635153354314534848_1000x669

Görüşlərdə QMİ-nin sədri mərkəzlə tanışlıqdan məmnunluğunu ifadə edib. Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dini tolerantlıq və multikultural mühitdən bəhs edib.

K.Abdullayev Azərbaycandakı multikultural təhlükəsizlik prinsipləri haqqında danışıb. Dövlət müşaviri ölkəmizdə mövcud olan dini müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısından bəhs edib.

1463515335642721027_1000x669

F.Nizami mərkəzi ziyarət etdiklərinə görə Azərbaycan nümayəndə heyətinə minnətdarlığını bildirib, bu ziyarəti gələcək əməkdaşlığın başlanğıcı kimi qiymətləndirib.

Daha sonra mərkəzdə A.Paşazadə və Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib. Ziyafət zamanı mərkəzin professor-müəllim heyəti ilə müxtəlif sahələrdə mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Sonda A.Paşazadə nümayəndə heyəti adından mərkəzə Azərbaycan xalçası və ölkəmiz haqqında kitablar hədiyyə edib.

1463515459110404769_1000x669

14635153352557949512_1000x669

14635153351985849393_1000x669

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...