Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

QMİ sədri: “Təzə Pir” məscidinin ətrafı genişləndiriləcək”

Allahşükür Paşazadə: “Bu məscid bizim mənəvi simvolumuzdur”.

“Təzə Pir” məscidinin ətrafı genişləndiriləcək. Bu, Prezident İlham Əliyevin fikridir”.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu “Təzə Pir” məscidində Müqəddəs Ramazan bayramı münasibətilə qılınan bayram namazından sonra jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, “Təzə Pir” məscidinin ətrafı hər istiqamətdə genişləndiriləcək: “Bu məscid bizim mənəvi simvolumuzdur”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...