Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

QMİ sədri: “Xaricdəki bəzi insanlar Azərbaycana zərbə vurmaq, onu baltalamaq istəyir”

“Haqqı eşidib onu müdafiə etməmək özü də bir günahdır”.

“Bu gün xaricdə bəzi insanlar, bəzi qardaşlarımız Azərbaycana zərbə vurmaq, onu baltalamaq istəyir”.

Din.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, haqqı eşidib onu müdafiə etməmək özü də bir günahdır: “Bu gün biz dövlətimizi neçə qoruyuruq? Ölkəni qorumaq onu avtomatla qorumaq deyil ki? Dövləti müdafiə etmək həm də dövlət rəhbərinin fikirlərini müdafiə etmək, onun dediklərini yerinə yetirməkdir. Bunun əksini edənlər dövlətçiliyimizi bilməyənlərdir. Bunu arxasında dayanan bəzi qüvvələr var.

QMİ sədri Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə də toxunub: “Prezident mədəniyyət işçiləri görüşdü, ona çoxlu suallar verildi. Bəs soruşum görüm bu dövləti, onun rəhbərini qorumaq, onun dediklərini yerinə yetirmək üçün siz ictimaiyyət, ziyalılar nə edirsiniz, atdığınız addımlar nələrdən ibarətdir? Biz bunu gözləyirik. Mən də bunu gözləyirəm”. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...