Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Allahşükür Paşazadənin müavini səhv informasiya verdi – VİDEO

Share Button

Dünya bilir ki, Türkiyə və ərəb ölkələrində Ramazanın ilk günü 6-sı idi, bəs, o niyə 7-si dedi?

Ötən gün ANS TV-nin efirində yayımlanan “Nəzər Nöqtəsi”nin qonağı QMİ sədrinin birinci müavini Hacı Fuad Nurullah olub.

Verilişdə Hacı Nurullah bir sıra ölkələrdə Ramazan ayının başlanma tarixi ilə bağlı səhv fikirlər səsləndirib:

“Mən, müşahidələrimlə və bu gün elmin qoyduğu dəlillərlə dəqiqləşdirdim ki, Ərəbistan ərazisində, bizim ərazilərdə, Türkiyə ərazilərində Ayın görünməsi 5-ə təsadüf etmir, 6-a edir. O ərazilərdə artıq, yəni Ramazanın 1-i ayın 7-də tam şəkildə hesab olunur”.

QMİ sədrinin birinci müavininin səsləndirdiyi bu fikirlərə tanınmış ilahiyyatçı Elşad Miri isə “Səudiyyə Ərəbistanda, Birləşmiş Ərəb Əmirliyində, Qatarda və digər körfəz ölkələrində, eləcə ərəb ölkələrində və Türkiyənin özündə belə Ramazan iyun ayının 6-da başlayıb, 7-də yox”, – deyə qeyd edib.

“Din.az” Hacı Fuad Nurullahın verilişdəki çıxışını videoda təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir