Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

QMİ ziyarətə gedən şəxsin itkin düşməsinə dair məlumatlarla bağlı açıqlama yayıb

“Kəndin axundu kimi təqdim olunan şəxs rəsmi təyinat almış din xadimi deyil”.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Kərbəla ziyarətinə gedən İmişli rayon Sərxanlı kənd sakini Yusifov Davər Qəfər oğlunun itkin düşməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Din.az bildirir ki, QMİ mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, kəndin axundu kimi təqdim olunan, Yusifov Davər Qəfər oglu rəsmi təyinat almış din xadimi deyil.

Qeyd edək ki, sosial şəbəkələrdə Kərbala ziyarətinə gedən D.Yusifovun itkin düşməsi barədə məlumat yayılıb. Məlumata görə, onun itkin düşməsi barədə İraq hüquq-mühafizə orqanlarına da müraciət edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...