Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Qonşu ölkədə sünni və şiələr bayram tədbirlərini birlikdə keçirdilər – FOTO

Gürcüstanın Bolnisi rayonunda sünnilər və şiələr birlikdə dini mərasimlərdə iştirak ediblər.

Gürcüstanda İslam dinimizin bəzi əlamətdar hadisələrilə bağlı tədbirlər keçirilib.

Din.az İslamazeri.com-a istinadən xəbər verir ki, Gürcüstanın Bolnisi rayonunda sünnilər və şiələr birlikdə dini mərasimlərdə iştirak ediblər.

Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə yerli din, elm, ictimaiyyət xadimləri və dövlət rəsmiləri və ətraf kəndlərdən dəvət olunan inanclı müsəlmanlar iştirak edib.

Mərasimin aparıcısı Bolnisinin baş axundu Hacı İfrət Əhmədov Quran tilavətindən sonra qonaqları salamlayıb təbrik və sonuncu Peyğəmbər və son din haqda fikirlərini söyləmək üçün sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova və Şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyevə verib. Sonra kürsüyə Almaniyada yerləşən Alulbeyt Mədəniyyət Mərkəzinin sədri, din alimi Kərim Ucar, Türkiyə Diyanət İşləri Başkanlığının nümayəndəsi Hacı Ahmed Erdem və başqaları dəvət edilib.

Çıxış edən din rəhbərləri və qonaqlar Allahın rəsulu, Peyğəmbərlərin xatəmi Hz. Məhəmmədin (s) həyat tərzindən, gətirdiyi kaml dinin insanlığa verdiyi örnəklərdən və mesajlardan söhbət açaraq, Onun ümməti hesab olunan müsəlmanların O Həzrəti düzgün öyrənib söz və davranışları ilə düzgün tanıtmalarının, İslama mənsub olmalarını nümunəvi təmsil etmələrinin vacibliyindən danışıblar.

Bayram süfrəsi ətrafında keçirilən mərasimdə Almaniyadan dəvət olunan Hasan Babur öz qələmə aldığı və əslən Bolnisidən olan mərhum Azərbaycanlı şair Zəlimxan Yaqubun şeirlərini söyləyib.

İki saat müddətində davam edən mərasimdə çıxışlararası və sonda Kərbəlayi Səid Həsən ilahilər ifa edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...