Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Qoşqar Təhməzli: “Halal standartın olması təhlükəsizlik göstəricisi deyil”

“Halallıq göstəricisinin alınması könüllülük əsasında formalaşır”.

Qida Təhlükəsizliyi Agentliyinin sədri qurumun bəzi qida məhsullarına halallıq sertifikatlarının verilməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Din.az “Report”a istinadən xəbər verir ki, Agentliyin sədri Qoşqar Təhməzli bu fikirlərin sahibkarlar və əhali arasında yanlış təəssürat yaratdığını deyib.

Onun sözlərinə görə, halallıq göstəricisinin alınması könüllülük əsasında formalaşır: “Çünki halallıq göstəricisi və halal sertifikatının olması təhlükəsizlik göstəricisi deyil. Agentliyimiz də bu sertifikatı vermək hüququna malik deyil”.

Q.Təhməzli vurğulayıb ki, hansısa bir sahibkar istənilən quruma müraciət edərək halal sertifikatını almaqla məhsullar istehsal edə bilər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...