Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qranta dəyişdirilən mənəvi dəyərlər – Xristian LGBT-lər Ermənistana toplaşır – VİDEO

Ermənilərin özləri də onu gey, faşist və manyak adlandırırlar.

Ermənistan cəmiyyəti artıq deqradasiyaya uğrayır.

Din.az Milli.az-a istinadən bildirir ki, Ermənistanda noyabrın 15-18 tarixlərində “Xristian-LGBT”nin, yəni Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosiasiyasının formu keçiriləcəcək. Forum “Ürəkli olun, çünki mən dünyaya qalib gəldim” devizi altında keçiriləcək. Foruma psixoloqlar, dindarlar, ilahiyyatçılar, keşişlər, kilsə liderləri və dünyanın müxtəlif kilsələrindən olan nümayəndələrin qatılması nəzərdə tutulub.

Tədbirin əsas təşkilatçısı isə mənzil qərargahı Hollandiyada olan “Avropa LGBT” Forumudur. Xatırladaq ki, bu platformanın layihələri ABŞ və Avropa fondları tərəfindən maliyyələşdirirlir. Təşkilatın rəsmi saytında “Açıq cəmiyyət” (Soros fondu) və “Arkus” fondunun maliyyə dəstəyi ilə həyata keçirilən müxtəlif layihələri görmək olar.

“Arkus” fondunun maliyyələşdirdiyi “Xristian-LGBT” Forumunun Ermənistandakı tərəfdaş təşkilatı olan “Yeni nəsil” qurumu Qərb mənbələrindən maliyyə dəstəyi alaraq bu istiqamətdə fəaliyyət göstərir. “Arkus” fondunun rəhbəri Con Strayker dünyanın 30 ölkəsində 400 təşkilatın maliyyələşdirərək cinsi azlıqların hüquqlarını qoruyur.

Başqa sözlə desək, Arkus dünyada dini etika və əxlaqın, müqəddəs ailə dəyərlərinin, sivil nikah münasibətlərinin məhv edilməsinə çalışır. Faktlara diqqət yetirək: 2000-ci ildən Strayker öz fondundan bu məqsədlər üçün 500 mln. dollar ayırıb. 2017-ci ildə isə “Arkus” fondu bu istiqamətə 28,7 mln. dollar məbləgində qrant ayırıb. Bu vəsaitin 17,9 mln dolları gey və lezbiyanların hüquqlarının qorunmasına, 10,8 mln dolları isə insanabənzər meymunların hifz edilməsinə istiqamətlənib.

“Xristian-LGBT” Forumunun bu dəfə Ermənistanda keçirilməsi isə bu ölkənin əsas mahiyyətini üzə çıxarır. Xatırladaq ki, təşkilatçılar forumda iştirak etmək üçün ərizələrin qəbulunu başa çatdırıblar. Ermənistan siyasi rəhbərliyi isə LGTB-nin belə bir tədbir keçirməsinə nəinki narazılıq edib, hətta onlar üçün yer də ayırıb. Belə görünür ki, Arkus və Soros fondunun ayırdıgı maliyyə yardımını Ermənistan rəhbərliyi gey və lezbyanlarla birgə bölüşdürmək barədə razılıga gəliblər.

Qeyd edək ki, baş nazır Nikol Paşinyanın komandasında da geylər təmsil olunur. Belə ki, Smbat Qoqyan Elm və Təhsil Nazirliyinin Ali Attestasiya Komissiyasının sədri təyin edilib. Ermənilərin özləri də onu gey, faşist və manyak adlandırırlar.

Politoloq Arman Qukasyan eadaily.com-a bildirib ki, Ermənistan Qərbdən aldıgı qrantlar hesabına uzun müddət tolerant ölkə rolunu məharətlə oynadı. Bu məsələdə əvvəlki hakimiyyətin də rolu böyük olub. Amma indi alınan qrantlar Ermənistan cəmiyyətinə hörmətsizlik gətirməklə yanaşı, dinin və mənəvi dəyərlərin məhv edilməsinə gətirib çıxaracaq. Ermənistan rəhbərliyi bu dəfə mənəvi dəyərləri qrantlara dəyişir. Erməni cəmiyyəti nəhayət ki, bunu anlayıb hakimiyyətə qarşı etirazlarını bildirməli və tədbirin baş tutmasına imkan verməməlidir. /xezerxeber.az

https://daytube.az/az/videos/72021/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...