Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabı ingilis dilində

Qriqorian kilsəsinin çirkin oyunlarda katolik missiyalarla əlaqəsi …

Azərbaycan Dövlət Tərcümə Mərkəzi erməni xislətinin tarixi gizlinlərini üzə çıxaran “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabını (müəllif – akademik Ramiz Mehdiyev) ingilis dilində nəşr edib.

Din.az bildirir ki, mərkəzdən Trend-ə verilən məlumata görə, Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı siyasi-ideoloji fəaliyyətinin araşdırılması istiqamətində ilk elmi tədqiqat işi olan əsər dövrün mənzərəsini, siyasi-ictimai proseslərin alt qatında baş verənləri ardıcıl şəkildə, tarixi dəlillər və faktlarla əks etdirir, XVII–XVIII əsrlərdə Vatikan tərəfindən Səfəvilər dövlətinə qarşı yönəldilmiş ideoloji casusluq fəaliyyəti, Qriqorian kilsəsinin bu çirkin oyunlarda katolik missiyalarla əlaqəsi, eləcə də Səfəvi şahlarının törədilən təxribatlara qarşı mübarizəsi maraqlı təhlillərlə işıqlandırılır.

Kitab – tarixçilər, politoloq və şərqşünaslar, eləcə də Səfəvilər dövlətinin, Qriqorian kilsəsinin tarixi ilə maraqlananlar üçün qiymətli elmi mənbədir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...