Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qroznıda kilsəyə hücum: 3 nəfər öldü

Qroznıdakı Əziz Mikayıl Kilsəsinə hücum planlandı.

Çeçenistanın paytaxtı Qroznıda kilsəyə edilən hücum nəticəsində 2-si polis olmaqla 3 nəfər dünyasını dəyişib.

Din.az xəbər verir ki, Çeçenistan hüquq-mühafizə təşkilatından verilən məlumata görə, paytaxt Qroznuda Əziz Mikayıl Kilsəsinə 4 kimliyi bilməz şəxsin etdiyi hücum zamanı 2 polis işçisinin və kilsədə olan bir vətəndaş ölüb.

“Bir qrup şəxslər tərəfindən Qroznıdakı Əziz Mikayıl Kilsəsinə girmə cəhdi olub. Təcavüzkarları zərərsizləşdirmək məqsədilə keçirilən əməliyyat zamanı 2 polis əməkdaşı həyatını itirdi. Bundan başqa, kilsəyə gələn bir mülki şəxs də vəfat edib”, – deyə bildirilib.

Əməliyyat zamanı 2 polis əməkdaşının da yaralandığı qeyd edilib. Həmçinin kilsəyə hücum edənlərin hamısının zərərsizləşdiyi də vurğulanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...