Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Qüds görüşündə İranı nəzərə alacağıq – Patruşev

“Biz İranın maraqlarını nəzərə almalıyıq. Çünki …”

Qüdsdəki Rusiya-ABŞ-İsrail formatında keçirilən görüşdə Moskva İranın maraqlarını nəzərə alacaq, Tehranın fikirlərini ABŞ və İsrailə çatdıracaq.

Din.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

“İran Suriya proseslərində qanuni hökumətin dəvəti ilə mövcuddur və terrorla mübarizədə fəal iştirak edir. Buna görə də biz İranın maraqlarını nəzərə almalıyıq. Çünki onlar əhəmiyyətli miqdarda vəsait ayırıb və bu məsələdə müəyyən uğura nail olublar”, – Patruşev bildirib.

Xatırladaq ki, üçtərəfli müzakirələr iyunun 24-25-də keçiriləcək. Görüşün əsas müzakirə mövzusu Suriyadakı vəziyyət olacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...