Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qüdsdə DİNDAR YƏHUDİLƏR hökumət əleyhinə iğtişaş törədiblər – FOTO + VİDEO

Dindar yəhudilər etiraz aksiyası keçirdilər.

Dünən fevralın 12-də yüzlərlə ifrat pravoslav iudey Qüdsdə etiraz aksiyası keçiriblər.

Din.az-ın bildirdiyinə görə, Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, Kikar Şabat meydanına toplaşan dindar yəhudilər avtomobillərin hərəkətini dayandırıb və bir yerə toplanmış onlarla zibil qutusuna od vurublar. İğtişaş törədən kütləni dayandırmaq üçün xüsusi təyinatlı polis dəstələri hərəkətə keçib.

Ultra pravoslav yəhudilərin bu dəfəki etirazına səbəb dindar yəhudi qadınların orduda xidmətdən azad edilməsi üçün şərtlərin sərtləşdirlməsi olub.

Xatırladaq ki, İsraildə kişilər kimi qadınlar üçün də hərbi xidmət məcburidir. Qadınlara müəyyən şərtlərlə hərbi xidmətdən azad edilmək hüququ verilsə də, həmin şərtlər hərbi sirr kimi açıqlanmır. 17 yaşında qızlar təkbaşına, vəkilsiz-filansız xüsusi komissiya qarşısında öz etirazlarını əsaslandırmalıdırlar. Mühafizəkar dindar yəhudilər isə qadınların hərbi xidmət keçməsinin zərif cinsin haqqının tapdanması hesab edirlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...