Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Qüdsdə gərginlik; yəhudilər Məscidi Əqsaya girdi

Share Button

Hücumların arta biləcəyi deyilir…

Qüdsdə təqribən 30 yəhudinin Məscidi Əqsanın həyətinə girdiyi bildirilir.

“Din.az” xəbər verir ki, Məscidi Əqsanın müdiri Ömər əl-Kisvani verdiyi açıqlamada, səhər saatlarında təqribən 30 yəhudinin Məscidi Əqsanın həyətinə girdiyini və davam edən basqın çağırışları ilə əlaqədar olaraq onların sayının arta biləcəyini deyib.

Belə ki, 1948-ci ildə Fələstin İslam Hərəkatının sədr müavini Kamal əl-Hatib də qərbi Şeriadakı Əl-Halil şəhərində, yəhudilərin məskunlaşdığı Kiryat Arba adlı yerdə 2 həftə əvvəl öldürülən israilli qız uşağının ailəsinin bu gün Məscidi Əqsaya girmə çağırışı etməsindən sonra “facebook” sosial şəbəkəsində açıqlama yayımlanıb.

Hatip açıqlamasında, “Məscidi Əqsanın çağırışına qarşılıq vermək lazımdır. Ey Əqsa, sən tək deyilsən. Bu gün sənə gələcəyik” ifadələrini işlədib.

İsrailin “Kanal 10” televiziya kanalında da Kiryat Arba yəhudi sakinlərinin məksunlaşdığı yerdə öldürülən qız uşağının ailəsinin Məscidi Əqsaya girmə çağırışı səbəbi ilə bu gün yəhudi miqrantlar tərəfindən geniş miqyaslı hücumların ola biləcəyi bildirilmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir