Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qüdsdə nəhəng yeraltı qəbiristanlıq inşa edilir

İsraildə dəfn üçün torpaq sahəsi artıq çatışmır.

Qüdsün yaxınlığındakı dağın altında nəhəng yeraltı qəbiristanlıq üçün 1,5 kilometrlik tunel inşa edilir.

Din.az xəbər verir ki, iş üç il ərzində aparılıb. Bildirilir ki, İsraildə dəfn üçün torpaq sahəsi artıq çatışmır. Bu səbəbdən də yeraltı qəbiristanlıqların inşasına qərar verilib.

8 min yer üçün nəzərdə tutulan bu qəbiristanlığın birinci hissənin açılışı 2019-cu ilin oktyabrına planlaşdırılıb. Qalan hissələrinin isə yaxın illərdə açılması nəzərdə tutulur.

Tunellərdə temperatur 23 dərəcədə saxlanılır. Bura Yaponiyanın kapsul otellərini xatırladır. Layihənin ümumi dəyəri 50 milyon dollardır və tunellər dağın bütün yeraltı ərazisinin yalnız 5%-ni əhatə edir. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...