Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Qüdsdə Orxan Camala cənazə namazı qılındı…

“Biz Allahdan gəlmişik və Allaha da dönəcəyik”…

Cənubi Afrika Respublikasında naməlum şəraitdə qətlə yetirilmiş Azərbaycan əsilli müsəlman jurnalist Orxan Camal üçün ötən cümə Qüdsdəki Əl-Aksa məscidində cənazə namazı qılınıb.

Din.az xəbər verir ki, bu haqda mərasimin təşkilatçıları məlumat yayıb.

İslam dünyasının üçüncü müqəddəs məkanının qarşısında Orxan Camalın məscidin fonundakı fotosu olan baner asılıb. Banerdə Qurani-Kərimdən ölüm haqqındakı məşhur ayə həkk olunub:”İnna lillahi və inna ileyhi raciun” (“Biz Allahdan gəlmişik və Allaha da dönəcəyik”). Eyni zamanda belə bir məlumat yazılıb:”CAR-da həlak olmuş jurnalist Orxan Camal Fələstinin və bütün İslam dünyasının fəal müdafiəçisi idi”… /  Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...