Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Qüdsdə yəhudi ravvinliyinin qarşısına “mavi”lərin bayrağı asıldı… – FOTO

Məqsəd “demokrtikləşdirmə”, “qloballaşdırma” adı altında milli dəyərlərini məhv edərək “vahid dünya dövləti” qurmaqdır.

Nə tökərsən aşına, o da çıxar qaşığına!..
Bu günlərdə demokratiyanın rəmzi olan homoseksuallar Bakıdakı “Kristal-hol”u da “fəth” etdilər…

Transgenderlər İsraildə də fəallaşmaqdadır. “Lexava” hərəkatının fəallarından olan Ariel Popoviç üzdəniraq “LGBT” aktivistləri ilə bağlı polisə şikayət edib.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, yerli “Arutz-7” saytının yazdığına görə, buna səbəb Qüdsdəki yəhudi ravvinliyi idarəsi və şəhərin baş ravvininin ofisinin girişində “mavi”lərin rəmzi olan “göy qurşağı” bayrağının asılması və təhqiramiz qraffiti çəkilməsi olub.

A.Popoviç “LGBT” aktivistlərinin dəfələrlə kobud və aqressiv hərəkətlər nümayiş etdirdiyini bildirib. Onun sözlərinə görə, “LGBT” icması yəhudi xalqının və Tövratın dəyərlərini qoruyan Qüdsün ravvinlərinə qarşı təhrikedici fəaliyyətlə məşğuldur. “Lexava” fəalı polisdən “mavi” xuliqanların məsuliyyətə cəlb olunmasını tələb edib.

Həftənin əvvəlində Qüdsün baş ravvini Arye Stern bələdiyyə başçısı Moşe Liona müraciət edərək transgenderlərin paradından öncə paytaxtın küçərinə “göy qurşağı” bayraqlarının asılmasının qadağan olunması tələbi ilə müraciət edib. Din xadimi bu bayraqların vətəndaşların duyğularını təhqir etdiyini vurğulayıb. Mayın 28-də səhər isə məhz baş ravvininin ofisinin və ravvinlik idarəsinin girişlərində “mavi”lərin bayrağı asılıb və təhqiramiz qraffiti həkk edilib.

P.S. “Mavi”lər, homoseksuallar, lesbiyanlar əsasən yəhudi bankirləri və başbilənlərinin başçılığıyla fəaliyyət göstərən mason-filan adlanan pərdəarxası super güclər tərəfindən təşkilatlandırılıb yönləndirilir. Məqsəd dünyanı “demokrtikləşdirmə”, “qloballaşdırma” adı altında əksər xalqların dini, milli dəyərlərini məhv edərək “vahid dünya dövləti” qurmaqdır. Allahdan gələn bəşəri dəyərlərə qarşı bu cür mübarizə isə artıq İsrailin, Britaniyanın özündə də milli, dini dəyərləri təhlükə altında qoyur. Nə tökərsən aşına, o da çıxar qaşığına…

P.S. Qeyd edək ki, son illər Azərbaycanda da, xüsusən hər beynəlxalq idman, incəsənət tədbiri öncəsi “homoseksuallar”-filanlar fəallaşır. Bu günlərdə Bakıdakı “Kristal-hol”un qarşısında da bayraqlarını qaldırıblar…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...