Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Qüdsü ziyarətə gedən Türkiyə vətəndaşı olan qadın İsrail polisi tərəfindən saxlanılıb

Etirazlara baxmayaraq Ebru sorğu-suala aparılıb.

Türkiyə səfirliyinin iş qarışdığı, lakin buna baxmayaraq Ebru Özkanın İsrailin Hərbi Məhkəməsinə çıxarılacağı bildirilir.

Din.az xəbər verir ki, Qüds ziyarətindən sonra Türkiyəyə qayıtmaq üçün Tel-Əvivdəki “Ben Qurion” hava limanına gedən Türkiyə vətəndaşı Ebru Özkan İsrail güc strukturları tərəfindən saxlanılıb.

Məlumata görə, çemodanlarını təslim etdikdən sonra, aeroport məsullarından biri onu nəzarət otağına çağırıb.

Bundan sonra onun saxlanıldığı qeyd edilir. Digər Türk vətəndaşların etirazına baxmayaraq Ebru sorğu-suala aparılıb.

Türkiyə səfirliyinin işə qarışdığı, lakin buna baxmayaraq Ebru Özkanın İsrailin Hərbi Məhkəməsinə çıxarılacağı məlum olub. / İslamazeri.com

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...