Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Qüdsün müqavimət simvolu Ərdoğana təşəkkür etdi

16 yaşlı fələstinli Fevzi Cüneydi türk xalqına təşəkkür edib.

Fələstinin Qüds etirazının simvoluna çevrilən 16 yaşlı fələstinli Fevzi Cüneydi türk xalqına və Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Din.az xəbər verir ki, bu barədə Cüneydi həbsdən buraxıldıqdan sonra aparıldığı xəstəxanada jurnalistlərə danışıb.

Fevzi əsgərlər tərəfindən döyüldüyünü və qaranlıq bir həbsxanaya aparıldığını, bədənində qanaxmalar yaşandığını bildirib.

Qeyd edək ki, 16 yaşlı Cüneydinin 20-ə yaxın İsrail əsgəri tərəfindən döyülərək həbs edilməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəzəbinə səbəb olmuşdu. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...