Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Qüdsün paytaxt kimi tanınması, qəsəbələrin salınması… – Pompeo

“İsrail Fələstin torpaqlarında yaşayış məntəqləri salmaqla beynəlxalq hüququ pozmur”.

ABŞ-ın İsrail qəsəbələri ilə bağlı qərarının bu ölkənin Fələstinlə sərhəd məsələsinə təsiri yoxdur. Bu, tərəflərin danışıqları ilə müəyyən edilməlidir.

Din.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Qüdsün İsrail paytaxtı kimi qəbul edilməsi qərarı zamanı Prezident (Donald Tramp) bildirdi ki, sərhədlərlə bağlı yekun qərar tərəflərin (Fələstin-İsrail) danışıqlarından sonra bəlli olacaq”, – deyə dövlət katibi bildirib.

Qeyd edək ki, Pompeo İsrailin Fələstin torpaqlarında yaşayış məntəqləri salmaqla beynəlxalq hüququ pozmadığını bildirmişdi. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...