Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Qul-Şərif” məscidində Azərbaycana qarşı erməni təxribatı

“Artsax” adı altında xəritə nümayiş olunub.

Rusiyada ermənilər Azərbaycana qarşı növbəti dəfə təxribata əl atıblar.

Din.az ONA-ya istinadən bildirir ki, Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşən “Qul-Şərif” məscidində yerləşən muzeydə Azərbaycanın Qarabağ bölgəsinin “Artsax” adı altında verildiyi orta əsrlər dövrünü əks etdirən xəritə nümayiş olunub.

Məlum faktı Sankt-Peterburqda yaşayan azərbaycanlı hüquqşünas Ramin Novruzov üzə çıxarıb. O, separatçı ermənilərin təxribatı ilə bağlı “Qul-Şərif” məscidinin məsul şəxslərinə və Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət ünvanladığını bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...