"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Quran Azərbaycan dilində qafiyəli nəsrlə çap olunub

Share Button

Quran şeir parçalarında olan misralar halında deyil. Onun ayələrində bəzən bir, bəzən bir neçə, bəzən isə bir səhifə miqdarında cümlələr mövcuddur.

Azərbaycanda “Qurani-Kərim” qafiyəli nəsrlə çap olunub.

“Din.az” xəbər verir ki, kitabın müəllifi Şıxbala Bayramov APA-ya açıqlamasında bildirib ki, “Qurani-Kərim”in qafiyəli janrda təqdimatı Azərbaycanda yenilikdir:

“Əslində “Qurani-Kərim” ərəb dilində məhz elə şeir janrında yazılıb. Sadəcə, onu bu janrda tərcümə etmək çox çətindir. Mən bu günə qədər olan bütün tərcümələrdən və öz qeydlərimdən istifadə etməklə “Qurani-Kərim”i olduğu ki, yəni qafiyəli janrda oxuculara təqdim etdim. Həmdə bu janrda oxucular “Qurani-Kərim”i daha aydın başa düşəcəklər”.

Ş. Bayramov həmçinin qeyd edib ki, kitab elektron və çap variantlarda kitabxanalara təqdim edilib.

Kitabdakı “Fatihə” surəsini burada qeyd edirik:

         Fatihə surəsinin anlamı

Uca yaradanın pak ismi ilə,
O, yeddi ayədən gəlib hasilə.
Umm – əl kitab deyə xitab olunur,
Quranın mənaslı onda bulunur.
Niyyət yox, təsdiqdir “Əl-həmdü lillah”,
Ki, külli aləmin Rəbbidir Allah.
Bu dünyada insanlığa rəhmli,
Axirətdə möminə mərhəmətli.
Haqq-hesab gününün sahibidir O,
İbadət onadır, kömək edən O.
Biz yalnız ona ibadət edirik,
Yalnız ondan da kömək diləyirik.
Cümləmizi doğru yola yönəldən,
İstərik olaq nemət verdiyindən.
Nə ki, haqq yolunu azan kəslərdən,
Ki, küfrə – qəzəbə düçardır həmən.

P.S. Din.az olaraq qeyd etməyi özümüzə borc bilirik ki, Quran şeir parçalarında olan misralar halında deyil. Lakin şeirlərdə olduğu kimi, onda ahəng, mənzum vəzn (ölçü) və səci (bir növ qafiyə) mövcuddur. Bununla yanaşı o, şeir misraları şəklində deyildir. Onun ayələrində bəzən bir, bəzən bir neçə, bəzən isə bir səhifə miqdarında cümlələr mövcuddur. Buna nə nəsr deyilə bilər, nə də nəzm. Lakin hər ikisinin də cazibəli və faydalı tərəflərini özündə cəm etmişdir.

P.S.S.  Nümunə olaraq qeyd olunan “Fatihə” surəsinin qafiyəli tərcüməsində həm surə haqqında məlumatlar, həm də surənin mənası bir-birindən seçilmir. Bundan başqa, ayəyə verilən izahlar da ayənin tərcüməsi kimi təqdim olunub. Tərcümədəki xəta da özünü açıq-aşkar büruzə verir. Surənin əslində “sən” əvəzliyi “o” əvəzliyi ilə əvəz edilib: “Biz yalnız ona ibadət edirik, Yalnız ondan da kömək diləyirik”. 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir