Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Quran doğrudan yanmır?

“Bu ərəb əlifbasının və dilinin müqəddəsliyi ilə bağlı deyil. “

İnsanlarımız sözün hərfi mənasında, Qurana o qədər hörmət edirlər ki, onu evdə bağlı saxlayırlar və oxumurlar.

Din.az bildirir ki, bu fikirləri “A24.Az”a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib. Onun sözlərinə görə, Quran evlərdə bağlı saxlanıb, oxunmadığı üçün səhifələrinə oksigen girmir və nəticədə yaşayış yerlərində, obyektlərdə yanğın zamanı bu kitabın içi yanmır.

“Kağızı müqəddəsləşdirirlər. Halbuki kağız Çindən alınır və onu buddistlər istehsal edir. Səudiyyə Ərəbistanının Mədinə şəhərində hər il milyonlarla Quran çap olunur. Eyni kağızlardan hazırlanan başqa bir kitabı da açmasaq, səhifələrin arasına oksigen daxil olmasa və bir müddət sonra yandırsaq, səhifələri deyil, səhifələrin kənarları yanacaq”- deyə, ilahiyyatçı vurğulayıb.

Elşad Miri əlavə edib ki, bu ərəb əlifbasının və dilinin müqəddəsliyi ilə bağlı deyil. “Ağ evin qarşısında bir keşiş Quran ayələrini yandırdı. O zaman necə yandı? Əgər Quran yanmırsa o zaman da yanmamalı idi”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...