Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Quran kitabı almaq üçün böyük növbə yarandı…- İbrətamiz vəziyyət – Fotolar

Ərəb dilində ilk dəfə çap olunan Quran nüsxələri satışa çıxarıldı.

Ölkədə ərəb dilində ilk dəfə çap olunan Quran nüsxələrinin satışı böyük növbələr yaratdı.

Din.az bildirir ki, bu haqda “Fərqanə” agentliyi xəbər yayıb. Kitablar Daşkənddəki “Xilol nəşr” (”Halal nəşr”) nəşriyyatı tərəfindən Mədinə şriftləri ilə nəşr olunub. Müqəddəs Kitabın yeni nəşrinin ilk nüsxələrini almaq istəyənlərin sayı o qədər çox olub ki, Özbəkistan paytaxtında “İlonli ota” məscidinin yaxınlığında yerləşən nəşriyyat dükanı önündə böyük bir növbə sırası meydana gəlib. Bu səbəbdən hələlik hər bir alıcıya yalnız bir kitab satmaq qərarı verilib. Birinci mərhələdə ərəbcə Quranın 10 min nüsxəsi çap edilib. Ümumilikdə isə təxminən Müqəddəs Kitabın yeni nəşrindən 50 min nüsxə buraxmaq planlaşdırılır.

Əvvəllər Özbəkistana ərəb dilində Quran nüsxələri Türkiyə, Səudiyyə Ərəbistanı və digər ölkələrdən idxal edilirdi. Eyni zamanda kitabın qiyməti indikindən iki dəfədən çox baha – 70 min sum (8,6 dollar) idi.
Qeyd edək ki, Mədinə şrifti ilə nəşr edilən Quran dünyada ən çox yayılan kitablardan biridir.

P.S. Azərbaycanda da hələki ərəb dilində Quran nəşr olunmur, Türkiyə və Ərəbistandan gətirilir… / .Moderator24.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...