Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Quran niyə Peyğəmbərin dövründə kitab halına salınmayıb?

Share Button

“Ayrı-ayrı parçalarda olan Quranı bəziləri ləhcə ilə, bəziləri yanlış yazırdılar…”

Günümüzdə bəziləri iddia edir ki, “Quran” dəyişdirilib, təhrif edilib.

Quranın Məhəmməd peyğəmbərin dövründə kitab halına salınmadığına görə, bir çoxları iddia edir ki, sonradan kitaba əlavələr və ixtisarlar edilib. Hətta Quranın ilk versiyasının yandırıldığı da deyilir.

“Din.az” xəbər verir ki, bununla bağlı ilahiyyatçı alim Elşad Miri fikirlərini “ölkə.az”la bölüşüb:

din.az_2016-06-25_10-24-10-1024x576

“Quran peyğəmbərin sağlığında vəhy katibləri tərəfindən yazılıb. Peyğəmbər özü ayələr gəldiyi zaman vəhy katiblərini çağırıb, onlara bunu yazdırardı. Bəziləri iddia edir ki, Quran ilk dəfə sümüyün üzərinə yazılıb. Bunlar doğru deyil, uydurmadır. Həmin dövrdə peyğəmbər və ətrafı Şam, indiki Efiyopiya ilə əlaqədə idilər, biznesləri var idi, karvanlarla oraya gedib-gəlirdilər. Ticarətdə yazılma olmasa problem yaranır, ona görə də, kağız o zamanlar onlarda mövcud idi. Həmin dövrdə həm dəri üzərində, həm də papirus üzərində ayələr vəhy olunan zaman yazılıb.

Peyğəmbərin evində Quran ayələri qalırdı. Peyğəmbərin yanına gələnlər onun üzlərini köçürürdülər. Bəziləri özləri üçün qeydlər edirdilər, vəhy katibləri bəzi əlavələr edirdilər və haşiyədən kənara çıxırdılar. Peyğəmbərin vəfatından sonra bu ayələrin kitab halına salınması gündəmə gəldi. Peyğəmbərin vəfatından 1 il keçməmiş, ayrı-ayrı parçalar halında olan Quranı kitab halına salmaq qərarına gəldilər. Ona görə ki, ayrı-ayrı parçalarda olan Quranı bəziləri ləhcə ilə, bəziləri yanlış yazırdılar. Bunun qarşısını almaq üçün kitab halına salmaq qərarına gəldilər. Əbu Bəkrin vaxtında Ömərin təklifi ilə Quran kitab halına salınmağa başlandı.

Quranı ilk dəfə kitab halına salan Zeyd ibn Sabit olur. Zeyd ibn Sabit daha sonra Qurani-Kərimin nüsxələrini çıxarır. İlk nüsxədə Quranda olan bəzi qeydlər insanlarda çaşqınlıq yaratmasın deyə minlərlə səhabənin təklifi, razılaşdırılması ilə əldəki Quran bu qalsın deyə yandırılma olub. Digər tərəfdən Quran kitabına hansısa dəyişikliyin olması ona görə mümkün deyildi ki, Quran insanlar tərəfindən əzbərlənirdi, namazlarda qılınırdı, onunla hökmlər verilirdi, ona uyğun olaraq da, insanlar yaşayışlarını təmin edirdilər. Ona görə də, belə bir kitabın təhrif edilməsi, dəyişdirilməsi mümkün deyil.

Bizim günümüzdə işlətdiyimiz Quranda nöqtələmə və hərəkələmə məsələləri çox sonralar ortaya çıxıb. İnsanlar İslamı qəbul edib, Quranı səhv oxumasınlar deyə nöqtələmə və hərəkələmə anlayışları yaranıb. Quranın həmin dövrdə olan nüsxələri günümüzdə bir çox yerdə, Türkiyədə, Misirdə, Rusiyada, İngiltərədə, Özbəkistanda mövcuddur”.

MÜZAKİRƏ

1 şərh Quran niyə Peyğəmbərin dövründə kitab halına salınmayıb? üçün

  1. ramazan dedi:

    idda edenler delil getirsinler esil nuxseni gostersinler.ALLAHa ve elcisine iftira atan xeyir tapmaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir