Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

“Quran oxuyan qız” əsəri 44 milyona satıldı – FOTO

“Quran oxuyan qız” əsəri rekord qiymətə satılıb.

Türkiyəli rəssam Osman Hamdi Beyin 1880-ci ildə hazırladığı “Quran oxuyan qız” əsəri rekord qiymətə satılıb.

Don.az xəbər verir ki, əsər 44 milyon türk lirəsinə (təxminən 13,2 milyon AZN – red.) satılıb.

Əsər Türkiyənin ən bahalı rəsm əsəri olub. Tanınmış rəssamın bundan əvvəl “Tısbağa tərbiyəçisi” 5 milyon türk lirəsinə (təxminən 1,5 milyon AZN – red.), “Yaşıl məscidinin qabağı” əsəri isə 13,5 milyon türk lirəsinə (təxminən 4 milyon AZN – red.) satılıb.

Budəfəki əsər Londonun Bohams muzeyində hərraca çıxarılıb. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...