Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

QURAN VƏ DUA

“Hər işi yoluna qoyub nizamlayır, dəlilləri bir-bir izah edir ki, Rəbbinizə qovuşacağınıza qəti inanasınız”

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

“O, Hayy (diri) olandır. Ondan başqa ilah yoxdur; elə isə Ona, dini yalnız Ona aid edənlər kimi dua edin. Bütün təriflər aləmlərin Rabbinə olsun”. (“Mumin” surəsi, 65)

 

Daim hərəkətdə olan Günəş

“Günəş də özünün qaldığı yerə doğru axıb gedir. Bu, Qüdrətli, Bilən Allahın əzəli hökmüdür”.(“Yasin” surəsi, 38)

“Günəşi və Ayı tabə etdirdi. Hər biri müəyyən edilmiş müddətə qədər axıb gedirlər. Hər işi yoluna qoyub nizamlayır, dəlilləri bir-bir izah edir ki, Rəbbinizə qovuşacağınıza qəti inanasınız”. (“Rad” surəsi, 2)

Tarixdə əsrlər boyu Dünyanın kainatın mərkəzində sabit şəkildə dayandığı, Günəşin isə Dünyanın ətrafında hərəkət etdiyi qəbul edilib. Koperniklə başlayan və sonradan Keplər və Qalileo tərəfindən davam etdirilən prosesdə isə Günəşin sabit şəkildə kainatın mərkəzində dayandığı, Dünyanın sabit dayanan Günəşin ətrafında dövrə vurduğu qəbul edilib.

Elmdə inqilab kimi qəbul edilən bu kəşf olduqca əhəmiyyətli idi. Əslində isə Günəşin sabit şəkildə dayanması fikri də səhv olub. Bu səhvin bilinməsi isə uzun illər sonra, yüksək keyfiyyətli teleskoplar sayəsində və kosmologiya elminin nailiyyətləri sayəsində ortaya çıxıb.

Aparılan elmi müşahidələrlə Günəşin sabit dayanmadığı, əksinə, hərəkət etdiyi, Dünyanın isə hərəkət edən Günəşin ətrafında dövrə vurduğu aydın olub.

Ayələrdən də gördüyümüz kimi bu inqilabi kəşf həmin həqiqətin üzə çıxmasından bir neçə əsr əvvəl Quranda qeyd edilib. Elm tarixində həm Günəşin Dünya ətrafında dövrə vurması fikri, həm də Günəşin hərəkətsiz şəkildə dayanması fikri elmi araşdırmalar sayəsində təkzib edilib.

“Yasin” surəsinin 38-ci ayəsi isə Günəşin bir hədəfə doğru hərəkət etdiyini deyərək düzgün fikri bildirib. Bu səbəbdən, Quran bir çox mövzuda olduğu kimi Günəşin hərəkətini də doğru şəkildə izah edən ilk mənbədir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...