Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

QURAN VƏ DUA

“Müqəddəs olan ərəb dili deyil, Quranın ismarışıdır.”

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

“Ondan bağışlanma diləyin, sonra ona tövbə edin! Çünki Rəbbim yaxındır, (duaları) qəbul edəndir. (“Hud” surəsi, 61)

ALLAHA TANRI DEMƏK OLAR?

“Tanrı” ifadəsi xalq arasında geniş yayılan və nə üçünsə bəzi insanların etiraz etdiyi sözdür. Halbuki bir çox insanların bilmədiyi bir həqiqət vardır. Birbaşa Quranda Allah üçün “Tanrı”, yəni “İlah” ifadəsini işlədir. “Tanrı” sözü türk dilində olub, ərəb dilində qarşılığı “İlah” sözüdür.

Məsələn, biz “Lə İləhə İlləllah”, yəni “Allahdan başqa ilah yoxdur!” mənasındakı ifadəni dedikdə, hər şeydən əvvəl bütün ilahlıq iddialarını rədd edir, sonra isə yeganə ilahın Allah olduğunu ifadə edirik.

Həmçinin, “Sizin İlahınız yalnız bir İlahdır; ondan başqa İlah yoxdur…” (“Bəqərə” surəsi, 163), yaxud “Allah, bir İlahdır…” (“Nisa” surəsi, 171), “Bir İlahdan başqa, digər bir İlah yoxdur, …” (“Maidə” surəsi, 73) mənasında olan ayələri bir qədər də türk dilində ifadə etdikdə “Sizin tanrınız tək Tanrıdır; ondan başqa Tanrı yoxdur…”, “Allah bir Tanrıdır…”, “Yalnız bir Tanrıdan başqa heç bir Tanrı yoxdur, …” mənasının olduğunu görmək mümkündür.

MÜQƏDDƏS OLAN ƏRƏB DİLİ DEYİL, QURANIN İSMARIŞIDIR

Bu səbəbdən Allah üçün “İlah”, yəni Tanrı ifadəsi birbaşa Quranda işlədilir və Allahdan başqa ilahlıq yaraşdırılan saxta ilahlar rədd edilir. Bundan başqa, onu da unutmaq olmaz ki, İslama görə müqəddəs olan ərəb dili deyil, Quranın ismarışıdır.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...